Yazda hava dəyişikliyi infarkt riskini artırır – XƏBƏRDARLIQ
06.04.2021 09:32

Yaz günlərində tez-tez isti və soyuq hava bir-birini əvəzləyir. Havada temperaturun belə dəyişkənliyi infarkt riskini artır. Soyuq fəsildən sonra müəyyən mülayim temperatur, havada istilik dalğalanmaları və güclü küləklər infarkta səbəb olur. Ümumiyyətlə, temperatur müsbət 14 dərəcə olduqda hər istilik dalğalanması zamanı infarkt riskinin təxminən yüzdə beş dəfə artdığı göstərilir. İstiliyin havada ani dəyişmələri səbəbindən ürək xəstəliklərinin geniş yayılmasını göstərən bir çox araşdırma var.

 

Aztibb.az xəbər verir ki, bununla bağlı nəticələr ürək xəstələrindən alınan məlumatların təhlilindən sonra əldə edilib. Tədqiqatçılar ürək böhranı riskinin daha yüksək temperatur dalğalanması ilə əlaqəli olduğunu müşahidə ediblər.  

 

Havanın belə ani dəyişmələri qan təzyiqinin artmasına, damarlarımızın daralmasına və bu səbəbdən ürək, beyin və digər orqanlara qanın daha çox getməsinə səbəb olur. Bu zaman qəfil tempertaurun aşağı düşməsi ilə soyuq havada damarlarda laxtalanma əmələ gəlir. Nəticədə ürək böhranı və insult riski də artır. Yaşlı xəstələr və kiçik uşaqlarda bədən tempraturuna nəzarət etmək çətin olduğundan ani hava dəyişmələri onları daha çox təhlükə ilə üz-üzə qoyur.

 

Tədqiqatçılar, eyni zamanda, havada istilik dalğalanmalarının artmasının səbəbini qlobal istiləşmə ilə əlaqələndirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev