Bu ölkədə “Sputnik V” ilə peyvənd olunanlara pasport verilməyəcək
05.04.2021 11:20

Estoniya hökuməti Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndi ilə vaksinasiya olan vətəndaşlara peyvənd pasportu verməkdən imtina edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə respublikanın sosial işlər nazirinin müavini Kallo Killar açıqlama verib. O bildirib ki, dövlət yalnız Avropa tənzimləyiciləri tərəfindən təsdiqlənmiş və Avropa İttifaqında (AB) satış icazəsi almış peyvəndlərlə immunizasiyanı tanıya bilər.

 

“Sputnik V” bunların arasında deyil, buna görə də onu məlumat sisteminə əlavə edə bilmərik”, - deyə nazir qeyd edib.

 

Bununla belə Kallo Killar bu qərarın gələcəkdə Rusiya peyvəndi ilə vaksinasiya olunan vətəndaşlara beynəlxalq səyahətlərdə problemlər yarada biləcəyini etiraf edib.

 

Öz növbəsində, Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Andres Sutt peyvəndləmə pasportlarının Avropada 15 iyundan etibarən etibarlı olacağını bildirib. Ölkə may ayında sənədləri verməyə başlamağı planlaşdırır. Sənədin tətbiq dairəsi hələ dəqiq müəyyənləşdirilməyib, lakin vətəndaşların Avropa İttifaqı daxilindəki sərhədləri sərbəst keçməsinə imkan verə biləcəyi məlumdur.

 

Xatırladaq ki, daha əvvəl Estoniya Prezidenti Kersti Kalyulayd ölkədə Rusiya peyvəndinin istifadəsinə preparatın Brüsseldə təsdiqlənməsindən sonra icazə veriləcəyini açıqlamışdı. Tallinn meri Mixail Kilvart isə tənzimləyicilərin mövqeyindən asılı olmayaraq, ölkəyə dərmanı tədarük etməyə başlamağa çağırmışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər