Mərkəzi Gömrük Hospitalı: Koronavirus xəstələri üçün yeməklər gigiyenik qaydalara ciddi riayət edilməklə hazırlanır - FOTOLAR
05.04.2021 12:23
Mərkəzi Gömrük Hospitalının Mətbəx şöbəsi COVID-19 xəstələrinin müalicəsi prosesində mühüm rol oynayır. Burada hər gün koronavirus xəstələri üçün müxtəlif çeşiddə pəhriz yeməkləri hazırlanır. Hospitalın stasionar və reanimasiya şöbələrində yatan xəstələrin dərman müalicəsi ilə bərabər, qidalanmasının təşkili də əsas şərtlərdən biridir.
 
Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının dietoloqu Məlahət Kərimova deyib.
 
O, bildirib ki, stasionarda olan COVID-19 xəstələri üçün yeməklər xəstəliklərinin ağırlıq dərəcəsinə, mövcud yanaşı xəstəliklərə uyğun olaraq, həkim və dietoloqların göstərişləri əsasında hazırlanır. Məsələn, şəkərli diabeti olan xəstələrin qida rasionu ürək-damar xəstəlikləri olan və yaxud yüksək təzyiqdən əziyyət çəkən xəstələrin rasionundan fərqlənir. Ona görə də, pasiyentlərə verilən pəhriz yeməkləri məhz onları müalicə edən həkimlərin təyinatı ilə mətbəxin peşəkar komandası tərəfindən hazırlanır:
 
"Yeməklər ciddi rejim əsasında, gün ərzində 4 dəfə və hər gün eyni vaxtda paylaşdırılır. Koronavirus xəstələrinə tərəvəzli şorbalardan tutmuş bol vitaminli meyvələrə qədər müxtəlif çeşidli qidalar verilir. Koronavirus xəstələrinin qidalanmasında zülal, bitki lifləri, vitamin və minerallar, antioksidantlarla zəngin məhsullardan istifadə olunmalıdır. Bu xəstələrdə immun sisteminin gücləndirilməsi üçün tərəvəz və zülallarla zəngin yeməklərə üstünlük verilməlidir.
 
Mətbəxdə istifadə olunan məhsullar təzə olmaqla yanaşı, həm də tərkibinə görə qiymətləndirilir. Belə ki, koronaviruslu xəstələr üçün yeməklər hazırlanarkən qanda şəkəri, xolesterolu artıran şirniyyatlardan, yağlı qida məhsullarından, duzlu və acılı qidalardan, qazlı içkilərdən istifadə etmək məsləhət görülmür. Mətbəxdə hazırlanan hər qidadan gündəlik olaraq analiz götürülür. Hər bir yeməyin istilik dərəcəsi yoxlanılır".
 
M.Kərimovanın sözlərinə görə, hazırlanmış yeməklər birdəfəlik qablarda paketlənir, üzərinə xəstələrin pəhriz masası və otaq nömrələri yazılaraq stasionara servis edilir. Hazır yeməklər qırmızı zonaya – koronaviruslu xəstələrin qaldıqları otaqlara xüsusi qablaşdırmalarda, gigiyenik qaydalara ciddi riayət etməklə çatdırılır. Yeməklər qırmızı zonaya çatdırıldıqdan sonra, xüsusi geyimdə olan tibb işçiləri onları xəstələr arasında siyahı üzrə paylayır. Beləliklə, yeməklərin xəstələrə çatdırılması tam təhlükəsizlik şəraitində həyata keçirilir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər