Hindistanda son sutkada koronavirus infeksiyasına 92 998 yeni yoluxma faktı qeydə alınıb. Son 24 saat ərzində 514 pasiyent COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 12 484 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 627 122 nəfər müalicə olunaraq sağalıb, 164 655 nəfər vəfat edib, aktiv xəstə sayı 692 350 nəfərdir.
İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 21 261 nəfərin yoluxduğu təsdiqlənib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 376 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 110 704 nəfərə çatıb. Ölkədə hazırda 564 855 aktiv koronavirus xəstəsi var, onlardan 3714-ü ağır vəziyyətdədir.
Böyük Britaniyada son sutka ərzində 3423 nəfər COVID-19-a yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 357 091 nəfərə çatıb.
Son sutka ərzində 10 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 826 nəfərə çatıb.
Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.
Ölkədə 44 756 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. İndiyədək ölkədə 3 445 052 nəfər koronavirusa yoluxub.
Son sutkada bu infeksiyadan 186 ölüm təsdiqlənib.
Braziliyada son sutka ərzində daha 43 515 nəfərin koronavirus infeksiyasına yoluxması, 1987 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
İndiyədək Braziliyada koronavirusa ümumilikdə 12 953 597 nəfər yoluxub. Bu müddət ərzində 330 193 koronaviruslu xəstə dünyasını dəyişib.
Rusiyada son sutka ərzində daha 8212 nəfər COVID-19-a yoluxub.
Beləliklə, ölkədə virusa yoluxanların sayı 4 580 894 nəfərə çatıb.
Son sutka ərzində 357 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 100 374 nəfərə çatıb.
Gürcüstanda son sutkada koronavirusa 464 yeni yoluxma halı qeydə alınıb, 7 nəfər vəfat edib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 283 833-ə, ölənlərin sayı isə 3 811-ə çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 454 nəfər artaraq 274 599 olub.
Ukraynada son sutkada COVID-19-a 13 738 nəfər yoluxub, 258 nəfər ölüb.
Virusa yoluxanlardan 504-ü uşaq, 216-ı tibb işçisidir.
İndiyə qədər Ukraynada 1 745 709 nəfər COVID-19-a yoluxub, 1 347 193 nəfər sağalıb, 34 333 nəfər vəfat edib.
Ermənistanda son sutkada koronavirusa 590 yoluxma qeydə alınıb.
Ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 3 575 nəfərə çatıb.
Son sutka ərzində 608 pasiyent koronavirusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 176 009 nəfərə yüksəlib.

