"Hədəfimiz əhalinin 80 faizini peyvənd etməkdir" - Ramin Bayramlı
03.04.2021 13:42

"Əhalinin 80 faizinin vaksinlənməsi hədəflənir".

 

Aztibb.az xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsi zamanı TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib.

 

O, qeyd edib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında vaksinasiya prosesini erkən başlayan ölkələrdən biridir və 18 yanvarda başlayan vaksinasiya uğurla həyata keçirilir. Vaksinasiya prosesinin Bakının bütün poliklinikalarında və bölgələrdə 90 nöqtədə həyata keçirildiyini bildirən R.Bayramlı indiyə qədər 800 min doza peyvənd tətbiq edildiyini söyləyib.

 

"Bu proses çox sürətlə davam edir və rəqəmsal şəkildə idarə olunur. Ölkəmiz ən uğurlu vaksinasiya həyata keçirən ölkələrdən biridir. Hədəfimiz ölkə əhalisinin 80 faizini peyvənd etməkdir. 8 milyon insanın peyvənd edilməsi üçün 16 milyon doza peyvənd üçün razılaşmalar əldə olunub. Bu, epidemiyaya son qoymaq üçün əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, yay aylarına qədər vaksinasiyanı uğurla başa çatdıracağıq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər