Azərbaycan peyvəndləmənin tam sürətlə davam etdiyi ölkələr arasındadır
03.04.2021 11:55

Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası yenidən alovlanmağa başlayıb. Bunun başlıca səbəbi bəzi vətəndaşların məhdudiyyətlərə məhəl qoymayaraq gizli toplantılar keçirməsi, tibbi maskadan düzgün istifadə edilməməsi, ictimai-iaşə müəssisələrində kütləvi toplanma hallarının olmasıdır.

 

Təəssüf ki, bu qədər yoluxanların və virus səbəbindən həyatını itirənlərin olmasına baxmayaraq, hələ də koronavirusa inanmayanlar, dırnaqarası baxanlar, “adi qripdir, öz təsirini itirib, ətrafımızda tanışlar xəstələndi, onlara nəsə olmadı, bizə də olmayacaq” kimi düşünənlər var. Bununla yanaşı, bəzi vətəndaşlar vaksinlərin effektivliyinə və təhlükəsizliyinə şübhə ilə yanaşırlar. Tibbi savadları olmayan insanlar sosial şəbəkələrdə vaksinlər, onların təsirləri haqqında düzgün olmayan informasiyalar yayırlar. Bəzi vətəndaşlar isə onlara inanıb peyvəndləmədən çəkinirlər. Hər kəs bilməlidir ki, COVID-dən qurtulmağın yeganə yolu vaksinasiya prosesidir. Mən və ailə üzvlərim vaksinasiyanın hər iki dozasını vurdurmuşuq və səhhətimizdə heç bir problem yoxdur. Bilməliyik ki, peyvəndləmə nə qədər geniş vüsət alsa, yoluxma sayları da bir o qədər azala bilər. Peyvənd vurulması koronavirusa yoluxmamağa 100 faiz təminat verməsə də ağırlaşma və ölüm hallarının qarşısını alır. Buna görə də hər kəs həm qaydalara riayət edərək, həm də vaksinasiyada fəal iştirak edərək pandemiyanın aradan qalxmasında, normal həyata qayıtmaqda pay sahibi ola bilər.

 

Bu fikirləri Azərbaycan Tibb Universitetinin Travmatologiya və ortopediya kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasında fizioterapiya və reabilitasiya şöbəsinin müdiri Nurlana Əliyeva bildirib.

 

“Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən Azərbaycan COVID-19 əleyhinə peyvəndləmənin tam sürətlə davam etdiyi ölkələr arasındadır. Peyvəndləmə səviyyəsinə görə, MDB ölkələri arasında liderlərdənik. Son məlumatlara görə, Azərbaycanda 570 minə yaxın vətəndaşın ilk doza ilə peyvənd olunduğu bildirilir. Bu da əhalinin təxminən 6 faizə yaxın hissəsini təşkil edir. Vətəndaşlardan xahiş edirəm ki, bu alovun qarşısını almaq üçün insanlar öz öhdələrinə düşən vəzifələri yerinə yetirsinlər. Bu bəladan qurtulmaq vəzifəsi təkcə dövlətin, həkimlərin üzərinə düşməməlidir. “Gözəgörünməz” düşmənlə mübarizədə hər kəs birlik nümayiş etdirməlidir. Ona görə də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə və üç qızıl qaydaya – maska istifadəsinə, sosial məsafə saxlanılmasına, gigiyena qaydalarına əməl edilməsinə - riayət etməyə səsləyirəm”, - deyə N.Əliyeva bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər