Ümrə ziyarətinə gələnlərdən COVID-19 əleyhinə peyvəndləmə sənədi tələb edilməyəcək  
02.04.2021 09:11

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, müqəddəs Ramazan ayında Ümrə ziyarətinə gələn əcnəbi zəvvarlardan COVID-19 əleyhinə peyvənd olunmaq haqqında sənəd tələb edilməyəcək.

 

Aztibb.az xəbər verir ki, nazirliyin zəvvarlara xidmət mərkəzi yeni növ koronavirusla bağlı testin neqativ cavabının yetərli olduğunu bildirib. Bundan başqa, aprelin 12-dək Məkkə və Mədinədə Ümrə ziyarətinə gələnlərə xidmət göstərəcək personalın peyvəndləməsi də həyata keçiriləcək. Peyvənddən imtina edənlər isə hər həftə neqativ PCR testi təqdim etməli olacaqlar.

 

Səudiyyə Ərəbistanının Bələdiyyələr, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin əməkdaşları Ramazan ayı boyunca zəvvarların toplaşdığı ərazilərdə sosial məsafə və qoruyucu maska qaydalarına riayət edilməsinə nəzarət edəcəklər. Hazırda krallığın ərazisindəki 6 vilayətdə bu qaydalara əməl etməyən 11 məscid bağlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər