ÜST ekspertləri bu peyvəndləri təhlükəsiz və effektli hesab edir
01.04.2021 23:31

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Çinin "Sinovac" və "Sinopharm" şirkətlərinin istehsalı olan COVID-19 virusu əleyhinə vaksinləri təhlükəsiz və effektli hesab edir.

 

Aztibb.az Çin Mərkəzi Televiziyasının nəşrinə istinadla xəbər verir ki, ÜST-ün Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) Çin vaksinlərinin kliniki sınaqlarının ilkin nəticələrinin təhlilinin həmin peyvəndlərin COVID-19 infeksiyasına qarşı təhlükəsizlik və yaxşı effektivlik göstərdiyini açıqlayıblar. Ekspertlər həmin vaksinlər haqqında yekun rəy vermək üçün daha çox məlumata ehtiyac olduğunu bildiriblər. Bura vaksinlərin müxtəlif yaş qruplardan olanlara, o cümlədən ahıllara və fərqli xəstəlik daşıyıcılarına təsirləri haqqında məlumatlar daxildir. SAGE-nin yekun qərarından sonra bu vaksinlərin COVAX təşəbbüsü çərçivəsində müxtəlif ölkələrə çatdırılması mümkün olacaq. Hələlik yalnız "Pfizer-BioNTech", "AstraZeneca" və "Johnson & Johnson" şirkətlərinin peyvəndləri COVAX təşəbbüsü üzrə istifadə olunur.

 

Qeyd edək ki, "Sinovac" və "Sinopharm" şirkətlərinin istehsalı olan COVID-19 virusu əleyhinə vaksinlər Çin də daxil olmaqla bir neçə ölkədə təcili və kütləvi istifadə üçün təsdiqlənib. Bu vaksinlər Avropa, Latın Amerikası, Afrika və Asiyanın təxminən 70 ölkəsində, o cümlədən Azərbaycanda, Türkiyədə, Braziliyada, İndoneziyada, Malayziyada, Macarıstanda, Serbiyada vaksinasiya prosesində istifadə olunur. Çində əhalinin vaksinasiya prosesində isə bu şirkətlərin peyvəndlərindən indiyədək təxminən 120 milyon doza istifadə olunub.

 

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən istifadə olunur. Bu gün Bakıya daha 500 min doza çatdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər