Alimlər itirilmiş dişlərin yerinə yeni dişlər çıxartmağın üsulunu tapıblar - Mühüm KƏŞF
31.03.2021 14:00

Kioto və Fukui universitetlərinin alimləri itirilmiş dişlərin əvəzinə yeni yerli dişlər çıxartmağa kömək edəcək genetik mexanizm tapıblar.

 

Aztibb.az-ın meddaily.ru-ya istinadən məlumatına görə, müəyyən edilib ki, USAG-1 geninə qarşı anticisimlər anadangəlmə dişlərin ageneziyasından (olmaması) əziyyət çəkən siçanlarda dişlərin artmasını stimullaşdırıb.

 

Ayrı-ayrı dişlərin inkişafı sümük morfoqenetik zülalı (BMP) və Wnt siqnal yolu daxil olmaqla bir neçə elementin qarşılıqlı təsirindən asılıdır. Bu elementlər hələ uşaqlıqdaxili inkişaf mərhələsində bir çox toxumaların və orqanların artmasını modulyasiya edir. Bu elementlərin antaqonistinin USAG-1 genləri olduğu aşkarlanıb. Onun azaldılması dişləri bərpa etməyə imkanverir.

 

Alimlər USAG-1-ə qarşı bir neçə monoklonal anticisimlərin effektini yoxlayıblar. Anticisimlərdən biri BMP və USAG-1-in qarşılıqlı təsiri prosesinə xüsusilə daxil olub. Bu anticisimlərin sınaqları göstərib ki, BMP-nin siqnal fəallığı siçanlarda dişlərin sayını müəyyən etmə baxımından mühüm rolu oynayır. Anticisimin yalnız bir dəfə yeridilməsi dişin formalaşması üçün kifayət edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama