Parafinoterapiya nə üçündür? - Bu hallarda istifadə edilməməlidir / XƏBƏRDARLIQ
31.03.2021 13:00

Parafinoterapiya həm rahatlayıcı, həm də müalicəvi və profilaktik prosedur sayılır.

 

Aztibb.az xəbər verir ki, müəyyən temperatura qədər qızdırılan parafin dəri ilə təmasda olduqda qan dövranını yaxşılaşdırır, toksinləri çıxarır, dəri qatını yumşaldır, dərinin cavanlaşmasını və xırda çatların sağalmasını təmin edir. Bundan əlavə sözügedən prosedur dərini hamarlaşdırdığına görə, dəriyə liftinq effekti və baxımlı görünüş verir.

 

Bu prosedurdan varikoz damarları, yanıqlar, donuqluq, bir çox dəri xəstəlikləri, poliomyelit, daxili orqanların ciddi xəstəlikləri, üz qırışları, quru dəri və ya üzdə şişkinlik olduqda, həmçinin selülitlə mübarizədə istifadə olunur.

 

Aşağıdakı hallarda isə parafin terapiyasından imtina etmək məsləhət görülür:

 

- Xroniki xəstəliklər;

 

- Sirroz və ya digər qaraciyər çatışmazlığı;

 

- Diabet;

 

- Artan təzyiq;

 

- Cilddə açıq yaralar;

 

- Allergiya.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama