Koronavirusun daha bir mutasiyası aşkarlanıb
31.03.2021 00:14

İsrail Səhiyyə Nazirliyi ölkədə koronavirusun mutasiyaya uğramış yeni növünün tapıldığını açıqlayıb.

 

Xarici KİV-in məlumatına görə, nazirlik yeni növün nazirliyin tabeliyindəki virusologiya laboratoriyası olan Sheba Tibb Mərkəzində aparılan bir araşdırma ilə müəyyənləşdirildiyini bildirib.

 

Araşdırma ilə ötən ilin fevralından bu ilin yanvarınadək İsraildə təsbit olunan bütün COVID-19 mutasiyalarının təhlil edildiyini bildirən nazirlik yeni mutasiyaya ilk olaraq keçən ilin iyulunda bir nümunədə rast gəlindiyini və ümumilikdə 181 nümunədə müşahidə edildiyini bəyan edib.

 

Yeni mutasiyanın daha az yoluxucu olduğu və ağırlaşmaya səbəb olmadığı vurğulanıb.

 

Qeyd edək ki, İsraildə indiyədək 832 min 574  nəfər koronavirusa yoluxub, onlardan 6 min 197-si pandemiyanın qurbanı olub.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi