Peyvənd məsələsində ədalətsizlik kəskin hal alıb - Ərdoğandan dünya ölkələrinə ÇAĞIRIŞ  
30.03.2021 21:11

Öz vətəndaşlarını vaksinasiya edə biləcək sayda dozaya malik ölkələrin əlavə peyvəndləri ehtiyacı olan ölkələrə çatdırması lazımdır. Pandemiya ilə birlikdə daha da üzə çıxan ədalətsizlik peyvənd məsələsində kəskin hal alıb.

 

Aztibb.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tərəfindən dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “COVID-19 və sonrasında inkişafın maliyyələşdirilməsi” başlıqlı onlayn tədbirə göndərdiyi video müraciətində səsləndirib.

 

“Türkiyə bu mübarizədə əvvəldən qlobal həmrəylik və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə səy göstərib. Bu anlayışla 157 ölkə və 12 beynəlxalq təşkilata tibbi yardım və dəstək təmin etdik. Xüsusilə afrikalı qardaşlarımızı bu çətin günlərdə yalnız buraxmadıq.

 

Dünyada hələ də 100-ə yaxın ölkə üçün peyvəndin əlçatan olmadığını görürük. Bir tərəfdə əhaləsinin hamısına yaxın bir hissəsini vaksinasiya etmiş ölkələr var ikən, digər tərəfdə milyonlarla insanın ilk doza peyvəndi belə tapa bilməməsi insanlıq və insani dəyərlər baxımından narahatlıq doğuran bir vəziyyətdir. Halbuki peyvəndə əl çatanlıq baxımından ədalətin təhlükəsizliyi təmin edilmədən pandemiyanın sona çatmayacağı və iqtisadi inkişafın baş tutmayacağı ortadadır”, - deyə Türkiyə prezidenti bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər