Türkiyənin istehsal edəcəyi peyvənd pandemiyanı sonlandıra bilər - Professor 
30.03.2021 21:07

 

Türkiyənin sprey formasında koronavirus peyvəndi “İntranazal Kovid” pandemiyanın bitməsində önəmli rol oynaya bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə türkiyəli infeksionist professor İsmayıl Balık deyib.

 

Onun sözlərinə görə, bu peyvənd lokal (yerli) anticisim hazırlayacaq:

 

“Bu lokal anticisimlər hələ burun və ağızda olan virusun orqanizmə yayılmasının qarşısını alacaq. Bu baxımdan sprey peyvəndlər digər vaksinlərin bacarmadığını həyata keçirirlər”.

 

Professor qeyd edib ki, “İntranazal Kovid” spreyi eyni zamanda virusun başqalarına keçməsinin də qarşısını alır.

 

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, türkiyəli alimlərin bu nailiyyəti dünyada sprey formasında ilk peyvənd olacaq.

 

O, tezliklə peyvəndin birinci mərhələ sınaqlarına başlanacağını açıqlayıb.

 

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank bu il ərzində peyvəndin istifadəyə veriləcəyini açıqlayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər