Azərbaycan ÜST-ün Milli Laboratoriyalar şəbəkəsinə üzv olub  
30.03.2021 11:37

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) daim Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə tibbin bütün sahələrində sıx əməkdaşlığını davam etdirir.

 

Aztibb.az xəbər verir ki, tibb sahəsində müasir inkişaf tendensiyalardan xəbərdar olmaq və yenilikləri Mərkəzin fəaliyyətində tətbiq etmək AEM rəhbərliyinin və mütəxəssislərin əsas məqsədlərindən biridir.

 

AEM-in respublikamız adına daha bir uğurlu addımı ÜST-ün Bioloji preparatlar üzrə Milli Nəzarət Laboratoriyaları Şəbəkəsinə (WHO-National Control Laboratory (NCL) Network for Biologicals) üzv olmasıdır.

 

Qeyd edək ki, Bioloji preparatlar üzrə Milli Nəzarət Laboratoriyaları Şəbəkəsi 2016-cı ildə ÜST-ün təşəbbüsü ilə Hollandiyada baş tutmuş növbəti müşavirəsində ÜST tərəfindən prekvalifikasiya edilmiş peyvəndlərin sınağından məsul 21 milli peyvənd nəzarəti laboratoriyasının nümayəndələri tərəfindən yaradılıb. ÜST-ün bu qurumu ilə əməkdaşlıq AEM-in Keyfiyyətin yoxlanılması Laboratoriyası üçün geniş təcrübə mübadiləsi imkanı verəcək.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev