ÜST-nin beynəlxalq ekspert və mentorları Azərbaycanda səfərdə olub
30.07.2025 08:46

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert və mentorları Azərbaycanda səfərdə olub

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, 23-25 iyul tarixlərində baş tutan səfərin əsas məqsədi ölkəmizdə Beynəlxalq Təcili Tibbi Yardım Briqadasının (BTTYB) formalaşdırılmasına dəstək göstərməkdir.

 

Missiya çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə görüşlər keçirilib. Ekspertlər yerləşdirmə məntəqələrinə, dərman anbarlarına və texniki avadanlıqlara baxış keçirərək, logistika, sanitariya və texniki standartlar üzrə qiymətləndirmə aparıblar.

 

Səfərin sonunda ÜST-nin dəstəyi ilə dəyirmi masa təşkil olunub və Azərbaycanın BTTYB üzrə yol xəritəsinin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, bu təşəbbüs cənab Prezidentin tapşırığına əsasən həyata keçirilir və milli, eləcə də beynəlxalq səviyyədə sağlamlıq təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.

 

Formalaşdırılması nəzərdə tutulan yerli briqada zəlzələ, epidemiya və digər fövqəladə hallarda çevik, operativ və effektiv tibbi xidmət göstərmək məqsədi daşıyır. Sertifikatlaşdırıldıqdan sonra briqadanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərməsi nəzərdə tutulur.

 

ÜST bu prosesə mentorluq, təlim və beynəlxalq təcrübə mübadiləsi ilə dəstəyini davam etdirir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev