Türkiyənin təcili tibbi yardım xidməti üzrə təcrübəsinin Azərbaycanda tətbiqinə başlanılıb
18.11.2021 16:25

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müraciəti əsasında təcili tibbi yardım xidmətləri, infeksiyanın qarşısının alınması və nəzarət üzrə birgə fəaliyyətin planlaşdırılması üçün Türkiyənin Səhiyyə Nazirliyi və universitetlərindən ekspertlər dəvət edilib.

 

Aztibb.az xəbər verir ki, nümayəndə heyəti Səhiyyə Nazirliyi, TƏBİB, Azərbaycan Tibb Universiteti (ATU) ilə bu sahədə işbirliyinə başlayıb. Onlar ATU-nun təcili yardım şöbələrində, Kliniki Tibbi Mərkəzin təmir olunan Təcili Yardım şöbəsində və 103 Təcili Tibbi Yardım stansiyasında olublar, hazırda Sumqayıt xəstəxanalarında işlərini davam etdirirlər.

 

Layihə çərçivəsində ÜST-ün Azərbaycan nümayəndəliyinin dəstəyi ilə ekspertlərlə bir sıra sahələr üzərində iş aparılacaq. Xəstəxanaya qədər və təcili tibbi yardım xidmətlərinin keyfiyyətinin artırılması, təcili tibbi yardım xidmətləri göstərən işçi qüvvəsinin potensialının gücləndirilməsi üçün yeni proqramların yaradılması, xəstəxanalarda infeksiyaların qarşısının alınması və nəzarət edilməsi üzrə biliklərin təkmilləşdirilməsi əsas istiqamətlərdir. Bu gün keçirilən simpozium qısa, orta və uzunmüddətli perspektivdə bu məsələlərlə bağlı birgə görüləcək işlərə dair texniki fikir mübadiləsinə dəstək olmaq və xəstəxana direktorlarını Türkiyə təcrübəsi barədə məlumatlandırmaq məqsədilə ilə təşkil edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev