Ümumdünya Səhiyyə Təşkilatının 75 illiyi ilə bağlı ATU-da tədbir keçirilib
08.04.2023 09:29

1948-ci ildə əsası qoyulan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il 7 aprel – Ümumdünya Sağlamlıq Günündə yaradılmasının 75 illiyini böyük təntənə ilə qeyd edir. Bu tarixi günlə əlaqədar olaraq ÜST tərəfindən “Hamı üçün sağlamlıq” kampaniyası çərçivəsində il boyunca silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Bu münasibətlə Azərbaycan Tibb Universitetində (ATU) ÜST-nin Azərbaycan nümayəndəliyi və AMUN Klubunun (Azerbaijan Medical University Model United Nations, Azərbaycan Tibb Universitetinin BMT Modeli) birgə təşkilatçılığı ilə tədbir keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. COVID-19 pandemiyası zamanı ATU tələbələrinin ucqar rayonlarda yaşayan əhalinin vaksinasiyası prosesində yaxından iştirak etdiyini xatırladan rektor rəhbərlik etdiyi ali məktəbin hər zaman ÜST-nin layihələrində aktiv iştirak etdiyini, bu layihələrin həyata keçməsinə öz dəstəyini göstərdiyini bildirib.

 

Daha sonra ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı “Ümumdünya Səhiyyə Təşkilatı: 75 il sağlamlığın keşiyində” mövzusunda mühazirə ilə çıxış edib. O, ÜST-nin missiyası, strukturu, hazırda gördüyü işlər, dünyada və Azərbaycandakı nailiyyətləri və əməkdaşlıq imkanları ilə bağlı ətraflı məlumat verib: “Azərbaycanda da səhiyyə sahəsində bir çox uğurlar qazanılıb. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2002-ci ildə poliomielitdən, 2023-cü ildə malyariyadan azad ölkə statusu verilib. Biz bu nailiyyətləri yerli tərəfdaşlarımızla birlikdə əldə etdik və bu fəaliyyətlərdə aparıcı rol oynamaqdan qürur duyuruq”.

 

Öz çıxışında AMUN klubunun sədri Günəş Əliyeva ATU-nun Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən BMT Modeli Klubunun ÜST-nin ölkəmizdəki nümayəndəliyi ilə əlaqələrindən danışıb. O, qarşılıqlı fəaliyyət çərçivəsində ötən ilin sonunda Azərbaycanda ilk dəfə olaraq ÜST simulyasiya konfransının keçirildiyini vurğulayıb.

 

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onların sualları cavablandırılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev