Sağlamlıq və davamlı inkişaf məsələləri üzrə Ümumavropa Komissiyası yaradılır
12.08.2020 20:02

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu Sağlamlıq və davamlı inkişaf məsələləri üzrə Ümumavropa Komissiyası yaratmağı planlaşdırır.

Aztibb.az ÜST-ün rəsmi saytına istinadla xəbər verir ki, Komissiyanın vəzifəsi pandemiya kontekstində siyasətin prioritet istiqamətlərini dərk etməkdir.

Komissiya müvafiq faktiki məlumatları araşdıraraq müxtəlif ölkələrin səhiyyə sistemlərində COVID-19 pandemiyasına necə münasibət göstərilməsindən nəticə çıxaracaq, tibbi və sosial xidmətlər sisteminin stresə davamlılığını artırmağa yönəldilmiş investisiyalar və islahatlar barədə tövsiyələr hazırlayacaq.

Komissiya bu tövsiyələrə münasibətdə konsensus formalaşdırılması üzərində işləyəcək, ictimai və siyasi prioritet kimi tibbi və sosial xidmətlərin əhəmiyyətini artıracaq, sosial həmrəyliyin formalaşdırılmasında və davamlı inkişafında bu konsensusun mühüm rolunu təbliğ edəcək.

Komissiyanın rəhbəri İtaliya hökumətinin keçmiş sədri, Avropa İttifaqının sabiq komissarı, Luici Bokkoni adına Kommersiya Universitetinin prezidenti professor Mario Monti olacaq. Komissiyanın tərkibinə sabiq dövlət və hökumət başçıları, təbiət elmləri sahəsində çalışan görkəmli alimlər, iqtisadçılar, tibbi və sosial xidmət sahələrinə kuratorluq edən idarələrin rəhbərləri, işgüzar dairələrin liderləri və maliyyə müəssisələrinin rəhbərləri daxil olacaq.

ÜST-ün Avropa Regional Bürosunun direktoru doktor Hans Klyuge deyib: “Bizim məqsədimiz siyasi gündəlikdə sağlamlığa davamlı inkişaf sahəsində hədəflər kontekstində prioritet yer ayırmaq, ÜST-ün Avropa regionuna daxil olan 53 üzv dövlətdə tibbi və sosial xidmətlər sistemlərinin davamlılığını artırmaqdır. Biz fəxr edirik ki, nüfuzlu və möhtərəm lider, İtaliya üçün çətin vaxtda bu ölkənin hökumətinin sədri və Avropa İttifaqının komissarı vəzifəsini tutmuş, hazırda Luici Bokkoni adına Universitetin prezidenti olan professor Mario Monti komissiyanın sədri olmağa razılıq verib. Bu yeni Ümumavropa Komissiyası Ümumavropa liderləri şəbəkəsinin, siyasəti formalaşdıranların alimlərin və vətəndaş cəmiyyətin nümayəndələrinin kollektiv biliklərindən və təcrübəsindən ÜST-ün Avropa regionunda tibbi və sosial xidmət sistemlərinin gələcəyi barədə mühüm məsələlərin təyin olunması və onlara cavab axtarışı məqsədilə istifadə edəcək”.

Komissiyanın təsis müşavirəsi avqustun 26-da keçiriləcək. Həmin müşavirədə ÜST-ün baş direktoru doktor Tedros Adhonom Gebreyesus və ÜST-ün Avropa Regional Bürosunun direktoru doktor Hans Klyuge Komissiyanın işinə start verəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev