Bakıda Ümumdünya Səhiyyə Təşkilatının 75 illiyi qeyd edilib
02.06.2023 09:31
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi ÜST-nin 75 illiyinə həsr olunmuş tədbir təşkil edib. Bu əlamətdar hadisəni ÜST-nin əməkdaşları yerli səhiyyə tərəfdaşları, diplomatik missiya üzvləri və BMT agentliklərinin nümayəndələri ilə birlikdə qeyd ediblər.
 
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Aztibb.az-a verilən xəbərə görə, tədbir qurumun mühüm nailiyyətlərini qeyd etmək, əməkdaşlığı vurğulamaq və gələcək səylər üçün fəaliyyətləri müəyyən etmək üçün imkan yaradıb.
 
Açılış nitqi ilə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı fəaliyyətindən bəhs edib.
 
Daha sonra ÜST-nin tarixi və fəaliyyəti haqqında məlumatlılığı artırmaq üçün maarifləndirici viktorina və zəruri bacarıq olan və həyat xilas edən ürək masajını öyrətmək üçün təlim təşkil olunub.
 
Tədbir musiqili-bədii kompozisiya ilə yekunlaşıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev