Qonşu ölkədə komendant saatı tətbiq olunacaq
29.03.2021 21:32

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə hökumətinin iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, üç saat yarım davam edən toplantıdan sonra dövlət başçısı mətbuata açıqlamalar verib.

 

O, bildirib ki, ölkədə koronavirusla bağlı vəziyyətin kəskinləşməsi fonunda bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

 

“Əlimizdəki məlumatlar və etdiyimiz araşdırmalara əsaslanaraq qəbul etdiyimiz qərarları bu gün xalqımızla paylaşmaq istərdim. Bütün Türkiyə ərazisində hər gün axşam saat 21-dən səhər saat 5-dək küçəyə çıxma qadağası tətbiq olunacaq.

 

Qırmızı kateqoriyadan olan bölgələrimizdə şənbə və bazar qadağaları da qüvvədə qalacaq. Ramazan ayı boyunca şənbə-bazar qadağaları bütün ölkəyə şamil olunacaq.

 

Restoran və kafelərə tutumunun 50%-i qədər müştəri buraxılacaq. Ramazan ayında isə bu obyektlərin yalnız çatdırılma yolu ilə xidmətinə icazə veriləcək. Kütləvi sahur və iftar süfrələri də qadağan olunacaq”, - deyə Ərdoğan bəyan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər