Daha bir ölkədə karantin qaydaları sərtləşdirildi
29.03.2021 20:38

Qazaxıstanın paytaxtı Nur-Sultanda karantin qaydaları sərtləşdirilir.

 

Aztibb.az xəbər verir ki, paytaxtın dövlət sanitar baş həkimi Sarxat Beysenova karantinin sərtləşdirilməsi haqqında yeni qərar imzalayıb.

 

Məlumata görə, bu qərara səbəb paytaxtda qeyri-sabit epidemioloji vəziyyət və koronavirusa yoluxma sayının artmasıdır. Yeni sənəd martın 30-dan qüvvəyə minir.

 

Qərara əsasən ticarət və əyləncə mərkəzləri qısaldılmış iş rejimində fəaliyyət göstərəcək. Həftə sonları mərkəzlərin fəaliyyətləri qadağan edilib. Bütün təhsil müəssisələrinin tələbələri, eləcə də məktəblilər, buraxılış sinifləri istisna olmaqla distant təhsilə keçirilib. İaşə obyektlərinin həftə sonları fəaliyyəti qadağan olunub. Yalnız evə çatdırılma sifarişlərinə icazə verilir.

 

Qeyd edək ki, Nur-Sultan epidemioloji qiymətləndirməyə görə martın 10-dan "qırmızı" zonadadır. Şəhərdə sutka ərzində koronavirusa 300-dən çox yeni yoluxma halı qeydə alınır. Paytaxt sakinlərindən və qonaqlardan COVID-19 hallarının artmaması üçün karantin rejiminin sanitar normalarına və tələblərinə ciddi əməl etmələri xahiş olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər