Vaksin vurduranlara “SMS icazə” tətbiq olunmaya bilər
29.03.2021 22:29

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı gözlənilir. Vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.

 

Aztibb.az APA-ya istinadən xəbər verir ki, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır. Belə vəziyyətdə isə vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir.

 

Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.

 

Xatırladaq ki, əvvəlcə Azərbaycanda 50 yaş üzəri şəxslərin vaksinləşmə prosesi başladılıb. Hazırda hökumət 40 yaş üzəri şəxslərin vaksinləşmə prosesindən istifadə edə biləcəyini açıqlayıb.

 

Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur. Azərbaycan dövləti bu proses üçün Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan 4 milyon ədəd “CoronaVac” vaksinini ölkəyə gətirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər