Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb - Həkim-kardioloq
29.03.2021 16:27
Bəşəri bəla – COVID-19 xəstəliyi yenidən bütün dünyanı ağuşuna alaraq sürətlə yayılmaqda davam edir. Con Hopkins Universitetinin məlumatına görə, pandemiya ili ərzində dünyada 114,5 milyon nəfər koronavirusa yoluxmuş, 2,5 milyon nəfər dünyasını dəyişmişdir. Hazırda bir sıra ölkələr koronavirusun dördüncü dalğasının başlanacağı barədə bəyan ediblər. Bu ölkələr əsasən İran, İspaniya və Çindir. Son günlər koronavirusa yoluxanların sayının Rusiyada da yüksək artımı qeydə alınıb.
 
Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, həkim-kardioloq Tamilla Əliyeva deyib.
 
O, qeyd edib ki, İran prezidenti Həsən Ruhani hələ fevral ayının 15-də ölkəyə koronavirusun dördüncü dalğasının yaxınlaşdığı barədə bəyan etmişdi. Onun sözlərinə görə, İranın cənub-qərbində yerləşən bir sıra şəhərlərdə koronavirus böyük sürətlə yayılır. Pandemiya dövründə İranda 1,5 milyon yoluxma halı qeyd edilmiş, xəstələrdən 60 min nəfəri vəfat etmişdir. Bu ölkədə COVID-19-a görə vaksinasiya fevral ayından başlanıb.
 
Honkonqda koronavirusa qarşı yeni məhdudiyyətlər tətbiq edilib. Honkonq Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, şəhər xəstəliyin yeni – dördüncü dalğası ilə qarşılaşıb. İspaniyanın baş həkimi Fernando Simon da dördüncü dalğanın başlanacağını ehtimal edir. O qeyd edir ki, dördüncü dalğanın yaxınlaşması ehtimalı var, lakin onun hansı formada gələcəyi hələ də davam edən üçüncü dalğanın nəticələrindən asılı olacaq. İspaniyanın La Razon nəşrinin məlumatına görə, bu ölkədə yoluxmanın yeni pik nöqtəsi mayın 9-na düşəcək:
 
"Rusiyada da koronavirusdan həyatını itirənlərin sayı dördüncü dalğanın başlanmasından xəbər verir. ABŞ-da koronavirusa yoluxmanın yeni sıçrayışı müşahidə olunub: ötən həftə gündəlik yoluxma sayı 70 min nəfər, vəfat edənlərin sayı 2 minə qədər olub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Roşel Valenski bildirib ki, aşkar olunan yeni ştammlar xalqlarımız və tərəqqimiz üçün real təhlükədir.
 
Mütəxəssislərin fikrincə, virus artıq bir neçə dəfə mutasiya edib. Amma onun ən yoluxucu hesab edilən Britaniya, Cənubi Afrika və Braziliya ştammları daha təhlükəlidir. Amerika virusoloqları hesab edir ki, ABŞ yeni – dördüncü dalğanın astanasındadır və mövcud vaksinlər hələ ki, bu dalğaya qarşı effektivdir. Hazırda səhiyyənin qarşısındakı əsas vəzifə - vaksinasiya prosesini sürətləndirməkdir".
 
Həkimin sözlərinə görə, hələ ötən ay, fevralın 15-də Türkiyəli həkim Şenol Atakan mutasiya olunmuş virusun səbəb olduğu yoluxma sayının artması ilə mart ayında yenidən alovlanma ola biləcəyindən narahatlığını bildirmişdi. O, mutant virusun daha yoluxucu və müqavimətli olduğunu açıqlamışdı. Şenol Atakan yenə də gigiyena, məsafə və maska qaydalarına ciddi əməl etmək lazım olduğunu vurğulamışdı. O demişdi: “Hesab edirəm ki, mart ayında yenidən rekord göstəricilər qeydə alınacaq”.
 
"Türkiyəli həkimin dedikləri özünü doğrultdu. Ona görə də, bir həkim kimi tövsiyəm budur ki, karantin qaydalarına ciddi riayət edin. Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb. Vaxtında peyvənd olunmaq sizi virusdan qoruyacaq yeganə effektiv vasitədir. Gigiyenik qaydalara riayət etməklə və peyvənd olunmaqla özünüzü və əzizlərinizi bu təhlükəli xəstəlikdən – COVID-19-dan qoruya bilərsiniz, - deyə, kardioloq əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər