N.F.Qamaleya Mərkəzinin direktoru: "İnterferon koronavirusa yoluxmanın qarşısını alır"
29.03.2021 11:41

İnterferon koronavirusa yoluxmanın qarşısını alır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Rusiyanın N.F.Qamaleya Mərkəzinin direktoru Aleksandr Ginzburq jurnalistlərə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, orqanizmində yetərinсə interferon (virusa qarşı zülal molekulları) olan insanların koronavirus infeksiyasına yoluxması ehtimalı azdır.

 

Alim əlavə edib ki, koronavirusun profilaktikası üçün interferonun induktorları, başqa sözlə, orqanizmdə təbii interferonun yaranmasını stimullaşdıran maddələr əhəmiyyətlidir. Belə ki, interferon özü zəhərlidir və orqanizmə düşdükdə tez parçalanaraq məhv olur.

 

A.Ginzburq interferonun indukturları kimi “kaqosel” və “polioksidoniy” preparatlarını misal gətirərək deyib ki, interferon olduqca güclü preparatdır və ondan təmiz şəkildə istifadə olunması, kimya terapiyasında olduğu kimi, saç tökülməsinə gətirib çıxara bilər.

 

Qamaleya Mərkəzinin direktorunun fikrincə, pandemiya başlanandan insanlar interferon induktorlarını qəbul etsə idilər, yoluxma sayı 20-30 faiz az ola bilərdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər