ABŞ-da COVID-19-a yoluxmaların sayı artır
29.03.2021 11:36

Peyvəndlənmənin ölkə əhalisinin əksəriyyəti üçün artıq əlçatan olmasına baxmayaraq, ABŞ-da COVID-19-a yeni yoluxma hallarının çoxalması və bununla bağlı xəstəxanaya yerləşdirilənlərin sayının artması müşahidə olunur.

 

Ağ evin COVID-19-la mübarizə üzrə komandasının məruzəsində bildirilir ki, ötən həftə 410 mindən çox insanda COVID-19 testinin nəticəsi müsbət olub. Bu da əvvəlki həftənin göstəricisini 9 faiz üstələyir. Koronavirusla bağlı xəstəxanaya yatırılanların sayı ilə eyni dövrdə 2 faiz artıb.

 

Cons Hopkins Universitetinin məlumatına görə, şənbə günü Birləşmiş Ştatlarda virusa 62.062 yeni yoluxma faktı qeydə alınıb, 741 nəfər bu xəstəlikdən ölüb. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 30.237.545 nəfərə, vəfat edənlərin sayı isə 549.155 nəfərə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yoluxmaların sayı 54.449 nəfər artıb. Xəstəlik qurbanlarının sayı isə təxminən eyni səviyyədə qalıb – 776 nəfər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər