COVAX Azərbaycan qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmir
27.03.2021 10:56

“COVID-19 pandemiyası başlayandan bəri Azərbaycan dünyanı cənginə alan xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir. Bu mənada, Azərbaycan pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

 

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə də ilk qoşulan və dəstək verən ölkələrdən biri olub: “Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə səylərin önəmini qeyd edib. Lakin bütün bunlara baxmayaraq, COVAX Azərbaycan qarşısında götürdüyü öhdəlikləri layiqincə və zamanında yerinə yetirmir. Artıq müəyyən qədər vaxtın keçməyinə baxmayaraq hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta, bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Amma maraqlıdır ki, COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb. Lakin verilən vədlərə əsasən Azərbaycana vaksinlərin zamanında və tam sayda çatdırılmaması nəticəsində COVAX-ın qeyri-ciddi və etibarsız olması haqqında düşüncələr yaranır. Sanki vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir. Bu da əlbəttə ki, qəbuledilməzdir”.

 

“Təsəvvür edin ki, bir tərəfdə pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edən, önəmli təşəbbüslərlə çıxış edən və 30 ölkəyə yardım edən Azərbaycan, digər tərəfdə isə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verən və sözlərini yerinə yetirməyən COVAX var”, - deyən Sədaqət Vəliyeva sual edib ki, Azərbaycanın bu qədər qlobal təşəbbüslərinə COVAX-ın belə cavab verməsi hansı mənəvi çərçivəyə sığar? Azərbaycana qarşı ədalətsiz yanaşma nədən xəbər verir? COVAX üzərinə götürdüyü öhdəliklərə niyə əməl etmir?

 

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, COVAX-ın ilkin vədlərinə baxmayaraq, Azərbaycan dövlətinin öz işini sığortalaması da sevindirici haldır: “Çünki dövlətimiz Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükünü təmin edib. Artıq ölkəmizdə yarım milyondan çox vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Regionumuzda ilk vaksinasiya kampaniyasına başlayan ölkə də məhz Azərbaycan olub. Heç şübhəsiz, Azərbaycanın COVAX-a ilk qoşulan dövlətlərdən biri olması, həmçinin Çindən vaksinin vaxtında tədarükü ölkəmizin öz vətəndaşının qayğısına qalmağının bariz nümunəsidir”.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Qusarda qanvermə aksiyası:
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib