“AstraZeneca“ peyvənd dozalarının ixracı müvəqqəti dayandırılıb
26.03.2021 19:56

Avropa İttifaqı (Aİ) ölkələrində istehsal olunmuş “AstraZeneca“ peyvənd dozarının ixracı hələlik qadağan edilib.

 

Aztibb.az xəbər verir ki, Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Breton bu barədə məlumat verib. Bildirib ki, bu qayda konsernin peyvənd dozalarının çatdırılmasına dair öhdəliklərini yerinə yetirənə qədər qüvvədə olacaq. Komissar, həmçinin qeyd edib ki, digər istehsalçılar peyvəndlərin çatdırılmasına dair öhdəliklərini nəzərdə tutulmuş vaxt planı üzrə yerinə yetirirlər. Lakin Aİ “AstraZeneca“ konserni ilə problemlər yaşayır, belə ki, istehsalatda yaranmış ləngimələrə görə, şirkət çatdırmalı olduğu məhsulun həcmini kəskin şəkildə aşağı salıb.

 

Aİ məkanında peyvənd istehsalını sürətləndirmək üçün Avropa Dərman Agentliyi (EMA) iki yeni istehsalat müəssisəsinə “yaşıl işıq” yandırıb. Almaniyanın Marburq şəhərindəki müəssisə “BioNTech/Pfizer“ peyvəndini, Niderland Krallığının “Halix“ şirkəti isə “AstraZeneca“ istehsal edəcək. Hər iki müəssisədə indiyədək peyvəndlər istehsal olunsa da, müvafiq Avropa lisenziyası almadıqlarına görə, peyvənd dozları anbarlarda saxlanılırdı. Aİ səhiyyə komissarı Stella Kiriakides hər iki müəssisəyə verilən icazəni yüksək qiymətləndirib və peyvənd çatışmazlığının aradan qaldırılmasına töhfə verəcəyini bildirib. Hesab olunur ki, bu yolla “AstraZeneca“ şirkətinin Aİ qarşısında götürdüyü öhdəliyin bir qismi təmin olunacaq.

 

Qeyd edilməlidir ki, İtaliyada anbarların birində aşkarlanan 29 milyon doza “AstraZeneca“ peyvəndi hazırda Aİ qurumları və şirkət arasında münasibətləri gərginləşdirib. Aİ-nin peyvənd dozaları ilə təminatında ləngimələr yaşayan şirkətin bu miqdarda peyvəndi Böyük Britaniyaya ixrac etməyə hazırlaşması ciddi narazılıq doğurub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər