COVID-19-la bağlı vəziyyət bu dəfə daha ciddidir
26.03.2021 10:34

Peyvənd edilənlər arxayın olmasınlar.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev öz "Facebook" hesabında yazıb.

 

Həkim sosial şəbəkə hesabında müşahidələrini və tövsiyələrini yazıb:

 

"Koronavirus daha sürətlə yayılır. Bildiyimiz müalicələrə demək olar ki, tabe olmur. Ağciyərləri daha çox zədələyir. İldırımsürətli ağırlaşma verə bilir. Ağırlaşma və ölüm hallarının ehtimalı daha çoxdur".

 

"Ən yaxşısı yoluxmamaqdır" deyən həkim bildirib ki, bunun üçün fiziki məsafə saxlamaq mütləqdir:

 

"Açıq havada ən azı 1 metr, qapalı məkanlarda isə 1,5 metr məsafə saxlayaq. Maskanı cərimə olunmamaq üçün yox, qorunmaq üçün geyinək. Burun və ağız nahiyəsini tam qapayaq. Yaxşı olar ki, filtrsiz N95 maskasından istifadə edək. Əl ilə görüşməyək. Əl ilə görüşsək nə olacaq? Görüşməsək nə olacaq? Bu stereotiplərdən çıxaq. Belə olmaz! Ən yaxşısı əl ilə görüşməmək, qucaqlaşmamaqdır bu aralarda... Əllərimizi tez-tez sabunlu su ilə yuyaq, ən azı 70%-li etil spirtli məhlullarla dezinfeksiya edək. Sıx toplaşmayaq və insanların sıx toplaşdığı məkanlardan uzaq duraq, digərlərini buna təşviq edək".

 

Aydın Əliyev onu da bildirib ki, peyvənd edilənlər arxayın olmasınlar:

 

"Peyvənd edilənlər arasında da yeni ştama yoluxub ağır keçirənlər var. Yoluxma sayı günbəgün artır. Mən sərt karantinin əleyhinəyəm. Amma yoluxma sayı biraz da artsa, sərt karantin qaçılmaz olacaq. Sərt karantin istəmiriksə, qorunmalıyıq. Yoluxma sayı azalana qədər qonaqlıqlardan, ad günlərində və digər tədbirlərdə toplaşmaqdan çəkinək".

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər