Ötən gün Azərbaycanda 23 minə yaxın vətəndaşa COVID-19 əleyhinə peyvənd vurulub
24.03.2021 12:23

Martın 23-də Azərbaycan Respublikasında 22 min 966 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

 

Aztibb.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 494 min 403 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

 

Vaksinasiya prosesi respublikamızın bütün rayonlarında uğurla davam edir.