Fransada reanimasiya şöbələrində vəziyyətin gərgin olmasına dair həyəcan təbili çalınır
23.03.2021 15:49

Fransada reanimasiya şöbəsində yerləşdirilənlərin sayı tezliklə 6000-ə çatacaq. Son gündəlik məlumata əsasən, reanimasiya şöbələrində artıq ağır vəziyyətdə 4406 koronavirus xəstəsi müalicə olunur. 

 

Aztibb.az xəbər verir ki, bu haqda Paris AP-HP Sent Antuan xəstəxanasının infeksiya şöbəsinin rəhbəri yerli televiziya kanalına müsahibəsində bildirib. Şöbə müdiri reanimasiya şöbələrində vəziyyətin kritik olması ilə bağlı həyəcan təbili çalıb. Qeyd edib ki, 2 və ya 3 həftədən sonra vəziyyətin daha da gərgin olacağı artıq hiss edilir. Reanimasiya şöbələrində ötən il virusun birinci dalğasındakı vəziyyət gözlənilir. Artıq Paris xəstəxanası reanimasiya şöbələrinin yeni xəstə qəbul edə bilməsi üçün çarpayıların sayı artırır. Son həftədə xəstəxanalara daxil olan 10 min 881 yeni koronavirus xəstəsindən 2411-i ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib.

 

Bildirilib ki, virusun ən sürətlə yayıldığı vaxt reanimasiya şöbələrində 7000 pasiyent olub. İndiki vəziyyət reanimasiya şöbələrində pasiyentlərin sayının tezliklə 6000 olacağını deməyə əsas verir. Üç həftədən sonra xəstəxanalarda vəziyyətin daha kritik olacağı vurğulanıb.

 

Xatırladaq ki, martın 21-də ölkədə 30 min 581 yeni yoluxma qeydə alınıb. Paris regionunda olan xəstələr digər regionlara transfer edilir.

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi