Romada “Sputnik V” peyvəndi ilə sınaq vaksinasiyaları aparılacaq
21.03.2021 22:56

Roma şəhərində Rusiya istehsalı olan “Sputnik V” peyvəndi ilə sınaq vaksinasiyaları aparılacaq.

 

Aztibb.az xxəbər verir ki, yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış “Lazzaro Spallanzani” xəstəxanasında yaxın günlərdə “Sputnik V” peyvəndinin tətbiqinə başlanacaq. Bu barədə xəbəri paytaxt Roma şəhərinin yerləşdiyi Latium regionunun prezidenti Nikola Zinqaretti təsdiqləyib.

 

Rusiya peyvəndinin Avropada kütləvi tətbiqinə icazə verilməsi prosesi hələ yekunlaşmayıb. Lakin İtaliya bu prosesin nəticəsini gözləmədən artıq ölkə ərazisində kütləvi istehsal müəssisənin qurulmasına hazırlaşır. Peyvəndin marketinqini həyata keçirən Rusiya Birbaşa İnvestisiyalar Fondu və İsveçrədə qeydiyyatda olan “Adienne” əczaçılıq şirkəti arasında bu barədə razılaşma imzalanıb və iyun ayında Lombardiya regionunda istehsalata start verilməlidir.

 

İtaliya tərəfinin Rusiya istehsalı olan peyvəndə maraq göstərməsi onun effektivlik faizinin Aİ rəsmi qurumları tərəfindən icazə verilən digər peyvəndlərlə müqayisə ediləcək dərəcədə yüksək olmasındadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər