Gicgah-çənə oynağında eşidilən səsin SƏBƏBİ - Fariz Məmmədov açıqladı
20.03.2021 08:31

Gicgah-çənə problemləri daha çox qadınlarda müşahidə olunur. Buna səbəb qadınlarda stresli halların çox olmasıdır. Müalicə üçün ilk növbədə problemə səbəb olan faktor aradan qaldırılmalıdır.

 

Bunu Aztibb.az-a açıqlamasında ağız və üz-çənə cərrahı Fariz Məmmədov deyib.


O, bildirib ki, belə bir problem yaranarsa, mütləq nədən qaynaqlandığına diqqət edilməlidir. Birinci yaranan sual isə problemin nə zaman başlamasıdır. Bu hal xroniki də ola bilər. Xəstə ilk dəfə belə bir problemlə qarşılaşıbsa digər faktorlara da baxmaq lazımdır. Əgər əvvəllərdə pasiyentdə belə narahatlıqlar olubsa, nə vaxt baş verdiyini bilməyimiz vacibdir. Pasiyent bu problemin nədən sonra yarandığı barədə təxmini də olsa məlumatlı olmalıdır. Məsələn, posttravmatikdir, yoxsa yatıb durandan sonra bu hal müşahidə edilib? Yaranan suallar müayinə və müalicənin aparılmasını asanlaşdırır. Məhz bu səbəblərə görə, xəstənin qəbul edilib müayinə olunması mütləqdir.

 

Gicgah-çənədə eşidilən səslər müxtəlif səbəblərdən ola bilər. Məsələn, səhv aparılmış diş müalicəsi də belə bir səsin eşidilməsinə gətirib çıxarır. Və çənədə ağrılar yarada bilir”, - deyə həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama