Həkim bayram günlərində hər kəsi diqqətli olmağa çağırdı: "Unutmayaq ki, COVID-19 hələ bizimlədir"
19.03.2021 17:49
Son günlər Azərbaycanda koronavirusa yoluxmaların sayı artıb, sağalmaların sayı azalıb. Digər tərəfdən də, Britaniya ştammının bir çox ölkələrdə yayılması xəbəri insanları təşvişə salıb. Artıq bir ildən çoxdur ki, “çağırılmamış qonaq” - COVID-19 pandemiyası həyatımıza daxil olub.
Mərkəzi Gömrük Hospitalının infeksionist həkimi Mədinə Abdullayeva “Həkim məsləhəti” rubrikasında “Bu il Novruz bayramı günlərində COVID-19 pandemiyası zamanı bayramın qarşılanmasının xüsusiyyətləri. Özümüzü bayram zamanı necə qoruyaq?” sualını cavablandırıb.
O, ötən ilin əvvəlindən ölkəmizə ayaq açan bu virusa qarşı hökumətimiz bir sıra qabaqlayıcı tədbirlər həyata keçirdiyini deyib. Qedy edib ki, pandemiya zamanı karantin rejimi təcrübəsindən də göründüyü kimi, karantin sərtləşdiriləndə yoluxmaların sayı azalır, mülayimləşdiriləndə isə bir müddətdən sonra yoluxmaların sayı artmağa başlayır. Bu da təbiidir. Belə ki, karantin rejimi yüngülləşərkən insanlar arxayınlaşır, gigiyenik qaydalara tam riayət etmirlər, təmaslar çoxalır:
"Qarşıdan gözəl günlərimiz gəlir – xalqımız Novruz bayramını qeyd etməyə hazırlaşır. Bu özəl bayramın xüsusiyyətlərindən biri də insanların bir-biri ilə bayramlaşması, qonaq getməsidir. Tətil günləri bölgələrdən olan vətəndaşlar öz doğmalarının yanına getməyi planlaşdırır. Əlbəttə, hər kəs bu gözəl bayramı ürəyi istədiyi kimi keçirmək istər, amma unutmayaq ki, COVID-19 hələ bizimlədir və gözləmədiyimiz bir vaxtda bizi məyus edə bilər.
Bir infeksionist-həkim kimi məsləhət görərdim ki, bacardıqca az ünsiyyətdə olmağa çalışın, bayram gününü ailənizlə qeyd edin. Tətil günləri çalışın çox qonaq getməyin, insanların sıx toplaşdığı yerlərdə olmayın, məsafə saxlayın, əllərinizi tez-tez yuyun və ən başlıcası, maskalardan düzgün istifadə edin. Maskanı ağız və çənə nahiyəsində saxlamaq heç kimi virusdan qorumur".
Bu bölməyə aid digər xəbərlər
COVID-19 təhlükəsi tam aradan qalxmayıb - Risk qrupunda olanlar diqqətli olmalıdır
14.10.2026 | 10:28
Qripdən sonra ürəyi dayanan 8 yaşlı J-Pop ulduzunun ölümü miokarditin təhlükəsini gündəmə gətirdi
08.10.2026 | 15:33
Heyvanlardan keçən yeni koronavirus aşkarlanıb
23.09.2026 | 12:00
COVID-19 beyində iz buraxdı: Pandemiyadan 5 il sonra narahatedici təsir üzə çıxıb
13.09.2026 | 09:49
Akademik: Pandemiyanın astanasındayıq
07.09.2026 | 12:53
ABŞ-da hərbçilərin ölümündə COVID-19 vaksinlərinin rolu araşdırılır
04.09.2026 | 09:44
COVID-19 Epşteyn-Barr və herpes viruslarını yenidən aktivləşdirə bilər - TƏDQİQAT
27.08.2026 | 07:15
Son 1 həftədə COVID-19-dan 14 nəfər ölüb - Dövlət yoluxmaları artırdı
12.08.2026 | 11:46
"Chandipura" virusu narahatlığı - Müdaxilə qrupu səfərbər edilib
10.08.2026 | 09:33
Konqoda Ebola epidemiyası böyüyür - Virusun mutasiyaya uğraması ehtimalı araşdırılır
08.08.2026 | 10:47
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26

