Koronavirusun laboratoriyadan sızması versiyası təsdiqini tapmadı
19.03.2021 15:12

Laboratoriya sızması artıq koronavirusun yayılmasının versiyası olaraq qəbul edilməyəcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Global Times" qəzetinə müsahibəsində ÜST-ün Uhanda virusun mənşəyinin öyrənilməsi üzrə missiyasında iştirak etmiş Çin ekspertlər qrupunun rəhbəri Lyan Vannyan bildirib.

 

Mütəxəssis əlavə edib ki, əzəldən bu versiyanın ehtimalı çox az idi və ÜST ekspertləri yalnız yeni sübutlar ortaya çıxdığı təqdirdə ona qayıda bilərlər.

 

"Bu birgə tədqiqat zamanı bizim ekspertlər Hubey əyaləti və Uhan şəhərinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərini, Uhan Virusologiya İnstitutunu və digər biotəhlükəsizlik institutlarını və laboratoriyalarını ziyarət ediblər. Müvafiq ərazilərdə çöl araşdırmalarını apardıqdan sonra ekspert qrupunun üzvləri yekdilliklə razılığa gəliblər ki, laboratoriyadan virusun sızması ehtimalı çox azdır. Beləliklə, yeni sübutlar aşkar edilməyənə qədər gələcəkdə koronavirusun mənşəyini izləmək üçün missiyalar artıq bu sahəyə diqqət yetirməyəcəklər", - deyə Lyan Vannyan müsahibədə qeyd edib.

 

Lyan Vannyan ÜST missiyasının işinin nəticələri ilə rəsmi hesabatın daha sonra dərc ediləcəyini, onun tərəfindən açıqlanan məlumatların isə Çin və xarici alimlər arasında konsensusa nail olmaq yolu ilə əldə ediləcəyini izah edib.

 

O, həmçinin xatırladıb ki, ekspertlər daha dörd bənd üzrə razılığa gəliblər: COVID-19 xəstəliyinin ən erkən hadisəsi dekabrın 8-də qeydə alınıb, Uhanda "Huanan" dəniz məhsulları bazarı xəstəliyin baş verməsində mühüm rol oynayıb, dondurulmuş məhsulların tədarükü koronavirusun yayılmasına təsir göstərə bilərdi, virus heyvan mənşəlidir və çox güman ki, insana aralıq bənd vasitəsilə ötürülüb.

 

Daha əvvəl bildirilirdi ki, beynəlxalq missiyanın üzvləri koronavirus infeksiyasının insana heyvandan, aralıq bənd vasitəsilə, dondurulmuş məhsullardan, həmçinin laboratoriyada baş verən insidentə görə ötürülməsinin dörd versiyasını işləyib hazırlamışlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər