Çində daha bir COVID-19 peyvəndinin təcili istifadəsinə icazə verilib  
18.03.2021 17:00

Çində COVID-19 virusu əleyhinə daha bir peyvəndin təcili istifadəsinə icazə verilib.

 

Aztibb.az xəbər verir ki, Çin Elmlər Akademiyasına aid mikrobiologiya institutu mütəxəssislərinin hazırladığı rekombinant zülal peyvəndinin birinci və ikinci mərhələ sınaqları ötən ilin oktyabrında başa çatıb. Nəticələr peyvəndin təhlükəsiz və effektli olduğunu göstərib, heç bir yan təsir qeydə alınmayıb. Peyvəndin 3-cü mərhələ sınaqları Çin ilə yanaşı, Özbəkistan, Pakistan, Ekvador və İndoneziyada da aparılır. Bu mərhələdə 29 min nəfərə peyvənd vurulması planlaşdırılıb. Artıq Özbəkistan həmin peyvəndi təsdiqləyib.

 

İnstitutun məlumatında qeyd olunur ki, onların hazırladığı vaksinin insan bədənində yaratdığı anticisimlərin səviyyəsi dünyadakı oxşar peyvəndlərlə demək olar ki, eynidir. Onun kütləvi istehsalı asandır, saxlanması və daşınması üçün temperatur rejimi tələbi elə də sərt deyil.

 

Qeyd edək ki, "Anhui Zhifei Longcom Biopharmaceutical" şirkəti ilə birgə hazırlanan vaksin dünyada kliniki sınaqlarına icazə verilən ilk COVID-19 rekombinant zülal vaksinidir. Bu, Çində təcili istifadəsinə icazə verilən 4-cü peyvənddir. Bundan əvvəl Çinin "Sinopharm", "Sinovac" və "CanSino" şirkətlərinin peyvəndlərinin təcili istifadəsinə icazə verilib.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi