“Moderna” COVID-19 əleyhinə vaksinləri 6 yaşadək uşaqlarda sınaqdan keçirməyə başlayıb  
18.03.2021 09:38

ABŞ-də istifadə üçün təsdiqlənmiş COVID-19 əleyhinə üç vaksindən birinin istehsalçısı olan “Moderna” şirkəti COVID-19 əleyhinə vaksinlərini 6 yaşadək uşaqlarda sınamağa başladığını bəyan edib.

 

Aztibb.az xəbər verir ki, bununla da “Moderna” şirkəti COVID-19 əleyhinə üç vaksini körpələrdə sınaqdan keçirmiş ilk istehsalçı olacaq.

 

Şirkətdən verilən məlumata görə, bu sınaqda ABŞ və Kanadadan 7 min nəfər 6 aydan 12 yaşadək olan uşaq iştirak edəcək.

 

“Moderna” və “Pfizer”vaksinlərinin təcili istifadəsinə icazə Ərzaq və Dərmanlara Nəzarət İdarəsi tərəfindən hələ ötən ilin dekabrında verilıb. 12 yaşdan yuxarı uşaqları vaksinlərin klinik testlərinə cəlb etmiş əczaçılıq şirkəti müvafiq nəticələrin yayadək əldə olunacağına ümid edir.

 

Təcili istifadəsinə bu ilin fevralında icazə verilmiş “Johnson & Johnson” şirkətinin istehsal etdiyi vaksinlərin uşaqlar üzərində sınaqdan keçirilməsinə dair planlar hələlik açıqlanmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər