Avstriyada koronavirusla bağlı “yaşıl pasport“ sistemi tətbiq ediləcək
17.03.2021 23:32

Avstriya hökuməti aprel ayında koronavirusa qarşı peyvənd olunmuş, xəstəlikdən sağalmış və mütəmadi testdən keçən şəxslər üçün “yaşıl pasport” sistemi tətbiq edəcək.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumatı Avstriyanın federal turizm naziri Elizabet Köstinqer təsdiqləyib. O, bildirib ki, Avropa İttifaqı səviyyəsində iyun ayının 1-dən etibarən belə bir rəqəmsal peyvənd pasportu qüvvəyə minməlidir və bununla da yay aylarında turizm fəaliyyəti təmin olunmalıdır. Turizm ölkəsi olan Avstriya bu istiqamətdə daha erkən addımlar atmaq niyyətindədir və yaxın günlərdə rəqəmsal sistemin hüquqi bazası yaradılmalıdır.

 

E.Köstinqer bu konsepsiyanın tətbiqinə erkən başlamağı səyahət mövsümünə kimi lazımi işlərin görülməli olduğu və həmçinin Avropa İttifaqı səviyyəsində hüquqi və texniki prosedurların gedişatından asılı olmamaq istəyi ilə izah edib.

 

Pandemiyanın mövcud olduğu müddət ərzində qüvvədə olacaq “yaşıl pasport“ pulsuz veriləcək, orada peyvənd, test və digər sertifikatlar elektron formatda qeyd ediləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər