Fransada koronavirusun yeni ştammı aşkarlanıb
16.03.2021 11:49

Fransanın Bretany (Bretagne) regionunda SARS-CoV-2 koronavirusun yeni variantı aşkarlanıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, ilkin təhlillər yeni variantın ciddiliyi və yoluxdurma qabiliyyətinə dair nəticə çıxarmağa hələ imkan verməyib. Ancaq ehtimal olunur ki, mövcud testlər yeni ştammı göstərməyə də bilər. Kommünikedə qeyd edilib ki, yeni varianta yoluxanlar koronavirusa yoluxmağın tipik əlamətlərini əks etdirsə də test göstəriciləri neqativ ola bilər. Bu baxımdan Bretany regionunda yoluxmalarla bağlı daha ciddi diaqnostika aparılması məqsədilə tibbi heyət təlimatlandırılıb.

 

Lannyon xəstəxanasında 79 qrup yoluxmasından 8-nin yeni ştammdan olduğu diqqətə çatdırılıb.

 

Hazırda yeni variantın peyvəndə reaksiyası ilə bağlı tədqiqatlar aparılır.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi