COVID-19-la əlaqədar tibb işçilərinin təkmilləşdirilməsi davam edir
16.03.2021 12:25

Ötən ilin sentyabrından başlayaraq Azərbaycanda yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə tədbirlərinin potensialının artırılması və təcili tibbi yardım sisteminin yaradılmasına dəstək olaraq səhiyyə sisteminin bütün səviyyələrində Ümumdünya Səhiyyə Təşkilatının, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), UNICEF və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə icra olunan “PROACT” təlim layihəsi həyata keçirilir.

 

Aztibb.az xəbər verir ki, layihəyə dəstək verən təşkilatlar tibb işçilərinin kurslara cəlb olunmasında, yerli tibbi müəssisələrində kursların keçirilməsi üçün şəraitin uyğunlaşdırılmasında yaxından kömək göstərirlər. Proqramın məqsədi çevik/mobil və səlahiyyətli sağlamlıq işçi qüvvəsinı hazırlamaq, infeksiyaların qarşısının alınması və onlara nəzarət sistemlərini gücləndirmək, icmalarda COVID-19-la əlaqəli ünsiyyət riskini azaltmaqdan ibarətdir.

 

Məqsədə nail olmaq üçün Türkiyənin Egey Universitetinin mütəxəssisləri tərəfindən Azərbaycanda 24 milli mütəxəssis-təlimçi hazırlanıb. Layihə çərçivəsində Bakıda və ölkəmizin on bölgəsində yaradılmış təlim mərkəzlərində milli mütəxəssis-təlimçilər tərəfindən tibb işçiləri üçün müxtəlif mövzulara həsr olunan kurslar təşkil olunur. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları da həmin təlimlərdə tərəfdaş qismində iştirak edirlər.

 

İnstitutun pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadova layihə çərçivəsində Lənkəran şəhəri və Göyçay rayonunda milli təlimçi kimi yerli həkim və tibb bacıları üçün “COVID-19: Tibb işçiləri üçün risklər, qorunma və risk ünsiyyəti” adlı kurs keçiblər. İki gün davam edən kursda tibb işçiləri COVID-19 törədicisi, yoluxma yolları, təmaslı şəxslərin izlənməsi, qorunma tədbirləri, fərdi qoruyucu vasitələrinin istifadəsi barədə biliklərə yiyələniblər.

 

Bununla yanaşı, kurs iştirakçılarına yeni növ koronavirusla əlaqədar risk kommunikasiyası və ünsürlərinin nədən ibarət olduğunu, xəstələr, xəstə yaxınları və cəmiyyətdəki digər şəxslərlə təsirli əlaqə, risk kommunikasiyasının necə aparılması barədə geniş məlumatlar çatdırılıb.

 

Kurslar may ayına qədər davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər