Ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri 644 milyon manat təşkil edib  
16.03.2021 11:26

Koronavirus pandemiyası ilə sistemli şəkildə mübarizə aparılır.

 

Aztibb.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

 

Baş nazir bildirib ki, dövlət başçısının tapşırığı ilə ölkəmizin bütün resursları pandemiya ilə mübarizəyə cəlb edilib.

 

Ə.Əsədov vurğulayıb ki, ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması təmin edilib, modul tipli xəstəxanalar yaradılıb, o cümlədən xarici ölkələrdən tibbi personal dəvət edilib.

 
Onun sözlərinə görə, ötən il pandemiya ilə bağlı səhiyyə xərcləri 644 milyon manat təşkil edib.

 

Koronavirusa Dəstək Fonduna 114 milyon manat toplanılıb və fondun maliyyə vəsaiti hesabına vaksinlər alınıb ölkəmizə gətirilib. Nazir bildirib ki, bu günə qədər artıq 460 min nəfərə yaxın əhali vaksinasiya olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər