COVID-19 keçirmiş insanlarda kəskin əzələ ağrıları zamanı bu növ preparatlar EFFEKTİVDİR
16.03.2021 10:41

COVID-19 virusu bədənə daxil olarkən ACE2 reseptorundan istifadə edir. Bu reseptor ağciyər, ürək, böyrək və həzm sistemindən başqa, həm də əzələlərdə var. Ona görə əzələni də birbaşa zədələyir. Məhz bu səbəbdən koronavirusun yaratdığı mialgiya adi ağrıkəsicilərlə keçmir və uzun müddət davam edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-anestezioloq Şahin Məmmədov sosial şəbəkədə etdiyi paylaşımda məlumat verib.

 

O, bildirib ki, belə hallarda ağrıkəsici - iltihab əleyhinə vasitələrlə birgə “trisiklik antidepressantlar”ın istifadəsi məsləhət görülür. Bu növ antidepressantlar ilk kəşf olunan antidepressantlardır. Əlavə təsirləri çox olduğundan və təhlükəli hesab edildiyindən artıq müasir tibbdə antidepressant kimi istifadə olunmur.

 

Ölkəmizdə amitriptilin hələ də depressiyaya qarşı istifadə olunur. İnkişaf etmiş ölkələrdə isə bu qrup perepatatlar xroniki neyrogen ağrılar və müalicəsi başqa qrup antidepressantlarla mümkün olmayan ağır depressiyalarda istifadə edilir.

 

“Qeyd etdiyim kimi, bu qrupdan olan dərmanların dozadan artıq qəbulu çox təhlükəlidir və apteklərdə yalnız resept əsasında satılır. Həkimlər uzunmüddətli, ağrıkəsicilərə tabe olmayan əzələ ağrılarında bu preparatı nəzərə ala bilər”, - deyə həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər