Masallıda 13 mindən çox vətəndaş peyvənd olunub
15.03.2021 13:41

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Masallı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Masallı Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. İndiyədək 13 mindən çox vətəndaş təhlükəli virusa qarşı peyvənd olunub.

 

Ölkəmizdə vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. Bu prosesə ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi ilə başlanılıb və mərhələli şəkildə həyata keçirilir. Respublikamızın bütün səhiyyə müəssisələrində olduğu kimi, Masallıda da fevralın 8-dən tibb işçilərinin vaksinləmə prosesinə başlanılıb və hazırda digər əhali qrupları arasında davam etdirilir.

 

Rayon Mərkəzi Xəstəxanasında yaradılan peyvənd məntəqəsində təlimata uyğun otaqlar ayrılıb və peyvəndlərlə təchiz olunub. Peyvənd məntəqəsinə daxil olan hər bir şəxs əvvəlcə həkim müayinəsindən keçir, əks göstəriş olmadığı halda burada yaradılan 4 peyvənd otağında vaksinasiya olunurlar.

 

Peyvənd olunan Vəkil Babayev deyir ki, ona bu gün ikinci doza vaksin vurulub. Özünü rahat hiss edir, hər hansı yan təsiri yoxdur.

 

Rəhimə Cabbarova da peyvənd olunanlardan biridir. Ona da vaksinin ikinci dozası vurulub.

 

Rayonun digər sakini İsrafil İsrafilovla söhbətimizdə o da peyvənd olunduğunu dedi. O, yaşıdlarına tövsiyə edərək dedi ki, vaksindən çəkinmək lazım deyil: “İki saat qabaq ikinci doza vaksini də vurdurdum. Özümü çox yaxşı hiss edirəm. Yaşıdlarıma da müraciət edirəm ki, çəkinmək lazım deyil. Bu xəstəliyin qarşısının alınması üçün vaksinasiya olunmaq lazımdır”.

 

Bu günədək Masallıda vaksinasiya məntəqəsində 13 min 323 nəfər COVID-19 infeksiyasına qarşı peyvənd olunub. Həkim terapevt Azər Cahangirov deyir ki, vaksinasiya müddətində ciddi narahatçılıq müşahidə olunmayıb: “Onlardan 3737 nəfər 65 yaşdan yuxarı, 8402 nəfər isə 50-60 yaş arası olub. İndiyədək 50 yaşdan aşağı 749 vətəndaş peyvənd olunub. Peyvənd nəticəsində heç bir ciddi fəsad müşahidə etməmişik. Müəyyən yaşlı insanlarda təzyiq və şəkəri yüksək olanlarda kiçik halsızlıq müşahidə olunsa da, həkimlərimiz tərəfindən onlara anında yardım olunub və heç bir fəsad qeydə alınmayıb”.

 

Qeyd edək ki, Azərbaycanda peyvəndlənmə Çin istehsalı olan “CoronaVac” vaksini ilə həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər