Sabahdan Gürcüstanda koronavirusa qarşı vaksinasiyaya başlanılır
14.03.2021 18:05

Martın 15-dən Gürcüstanda 29 klinikada yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiyaya başlanılır.

 

Aztibb.az-ın məlumatına görə, bunu Gürcüstan Xəstəliklər və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

 

Tbilisidə 10, Kutaisi və Batumidə 4, Rustavi və Zuqudididə 2, digər rayon mərkəzlərində 1 vaksinasiya mərkəzi fəaliyyət göstərəcək. Martın 17-dən vaksinasiya aparılan klinikaların sırasına daha 35 klinika, martın 19-dan isə əlavə 23 klinika qoşulacaq.

 

Vaksinasiya aparılacaq 82 klinika Gürcüstan Xəstəliklər və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzi tərəfindən seçilib, bu tibb müəssisələrinin heyəti lazımi hazırlıq keçib.

 

Xatırladaq ki, martın 13-də Tbilisiyə 43,3 min doz “AstraZeneca-SKBio” vaksini gətirilib. Apreldə daha 86,4 min doz “AstraZeneca-SKBio” vaksini gətirilməsi nəzərdə tutulub. Yaxın həftələrdə ölkəyə  30 min doz “BioNTech” vaksinin gətirilməsi də planlaşdırılıb. Ölkədə ilk növbədə 120 gün ərzində COVID-19-a yoluxmamış tibb işçilərinə peyvənd vurulacaq. Belə tibb işçilərinin sayı 54 min nəfərdir. Peyvəndlə bağlı növbə üçün xüsusi elektron sayt fəaliyyətə başlayıb.

 

Tibb işçilərindən sonra qocalar evindəkilərin, daha sonra isə 75 yaşdan yuxarı bütün vətəndaşların vaksinasiyasına başlanacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər