İsrail alimləri: "Bu dərmanı qəbul edənlərin koronavirusa yoluxma riski aşağıdır"
13.03.2021 11:49

İsrail alimləri aspirinin pandemiyada müsbət təsiri barədə açıqlama veriblər. Preparat koronavirusa yoluxmadan qoruya bilər.

 

Aztibb.az xəbər verir ki, elmi tədqiqatlar nəticəsində hər gün 75 mq aspirin qəbul etdikdə orqanizm koronavirusa qarşı səfərbər olur, yoluxma az olur. Yoluxma olsa da xəstə ağır keçirmir.

 

Alimlər birinci dalğada PZR test vermiş 10 477 nəfərin məlumatlatını analiz ediblər. Onlar ürək-damar xəstəlikləri ilə bağlı hər gün aspirin qəbul edən xəstə qrupunu ayırıblar.

 

Nəticələr göstərib ki, aspirin qəbul edənlərdə koronavirusa yoluxma riski 29% az olub. Yoluxanlarda isə sağalma 2 dəfə sürətli baş verib.

 

Reanimasiyaya düşən xəstələr arasında da illərdir aspirin içənlərdə ölüm daha az olub.

 

İsrail həkimləri bildirir ki, pandemiyadan xilas yolu vaksin göstərilsə də, bu 100%-lik qorunma demək deyil. Ona görə bu fonda insanların həkim nəzarəti ilə aspirin qəbul etməsi də virusdan qorunmanı artıra bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər