COVID-19-un müalicəsində antibiotiklərin istifadəsi lazımsızdır? – Yeni tədqiqat
12.03.2021 12:23

 

ABŞ-da aparılan yeni bir araşdırmada antibiotiklərin yeni növ koronavirusun müalicəsində müalicəvi rolu olmadığı iddia edilib.

 

Aztibb.az xəbər verir ki, ABŞ-ın “Pew Charitable Trusts” qeyri-kommersiya təşkilatı tərəfindən aparılan tədqiqatda bu ölkədə xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin 100-də 52-sinin antibiotik istifadə etdiyi məlum olub.

 

Araşdırmada antibiotik qəbul edən xəstələrin yüzdə 60-nın 4 gün və ya daha çox xəstəxanada yatdığı, bu nisbətin antibiotik istifadə etməyən xəstələrdə isə 100-də 20 olduğu bildirilib.

 

"Antibiotik təyin olunan çox az xəstədə bakterial infeksiya var”

 

Təşkilatın araşdırma nəticələri ilə bağlı verdiyi açıqlamada bu vəziyyətin çox narahat doğuran olduğu vurğulanıb.

 

Bildirilib ki, çox antibiotik istifadə edildikdə daha davamlı bakteriyaların inkişaf edəcəyi və antibiotiklə uyğunlaşacağı, nəticədə bakteriyaların "super bakteriya"ya çevriləcəyi vurğulanıb. Belə olan halda mövcud dərmanlarla müalicənin çox çətin və ya qeyri-mümkün olacağı qeyd olunub.

 

Açıqlamada aşağıdakı fikirlər də yer alıb:

 

“Antibiotiklərin COVID-19-un müalicəsində rolu olmasa da, ikincili bakterial infeksiyalardan narahat olan həkimlər koronavirus xəstələrinə antibiotik təyin edə bilərlər. Lakin antibiotik təyin olunan çox az xəstənin bakterial infeksiyaya yoluxduğu aşkar edilib ki, bu da həmin preparatlardan lazımsız şəkildə çox istifadə edildiyini göstərib”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər