Nazir: Türkiyədə yaxın gələcəkdə yerli istehsal olan peyvəndlərdən istifadə ediləcək
12.03.2021 10:13

Tezliklə daha beş yerli peyvəndimizin insanlar üzərində tətbiqinə başlanılacaq. Yaxın gələcəkdə öz peyvəndlərimizdən istifadə edəcəyik.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkə ərazisində pandemiyanın başlamasının bir ili ilə əlaqədar verdiyi açıqlamasında bildirib.

 

Bu günə qədər Türkiyədə 10 milyon doza peyvəndin tətbiq olunduğunu deyən nazir qardaş ölkənin dünyanın vaksinasiya baxımından ən sürətli dövlətlərindən olduğunu vurğulayıb.

 

Qeyd edilib ki, 2020-ci ilin noyabr ayında Çinin istehsalçı şirkəti ilə 50 milyon dozanın alınması ilə bağlı razılıq əldə edilib: “Dünyada 7 fərqli peyvənd istifadə olunur. Türkiyə peyvənd tədarük edən ən sürətli ölkələrdən biridir. Sifarişin ilk hissəsini dekabr ayının sonunda almışıq. İki fərqli istehsalçı ilə 130 milyon doza vaksin üçün razılığa gəldik və daha üç fərqli istehsalçı ilə danışıqlar aparırıq”.

 

Virusun qısa müddətdə qrip kimi bir xəstəliyə çevrilməyəcəyini, ancaq, tezliklə gücünü itirəcəyini qeyd edən F.Koca ölkədə pandemiya ilə bağlı bir il ərzində görülən işlər barədə danışıb.

Bildirilib ki, Türkiyə ərazisində ilk yoluxma faktı qeydə alındıqdan dərhal sonra qabaqlayıcı tədbirlərin tətbiqinə başlanılıb. COVID-19-un son 100 il ərzində bütün dünyanın eyni anda mübarizə apardığı və ən çox insan itkisinə səbəb olan bir bəla olduğuna diqqət çəkən nazir Türkiyədə COVID-19 səbəbindən həyatını itirənlərin sayının 30 minə, ümumi yoluxanların isə 3 milyona yaxınlaşdığını deyib.

 

Qeyd olunub ki, payızdan əvvəl ölkə əhalisinin 50 milyonuna peyvənd tətbiq edilərsə, pandemiya ölkəyə artıq ağır təzyiq göstərə bilməyəcək və virusun yayılma sürəti əhəmiyyətli dərəcədə azalacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər