"Novavax" peyvəndi sınaqlarda 96,4 faiz effektivlik göstərib
12.03.2021 09:29

ABŞ-ın "Novavax" şirkətinin koronavirusa qarşı istehsal etdiyi peyvənd Böyük Britaniyada keçirilən sınaqların üçüncü mərhələsində 96,4 faiz effektivlik göstərib.

 

Aztibb.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Novavax" şirkətinin açıqlamasında deyilir.

 

Açıqlamada bildirilir: "Novavax" bu gün elan edib ki, COVID-19-un ilk variantının səbəb olduğu yüngül, orta və ağır xəstəliklərə qarşı şirkətin peyvəndinin yekun effektivliyi Böyük Britaniyada keçirilən sınaqların üçüncü mərhələsində 96,4 faiz təşkil edib".

 

Qeyd edilir ki, sınaqlarda 18-84 yaş arası 15 mindən artıq insan iştirak edib. Onlardan 27 faizinin yaşı 65-dən yuxarı olub. Peyvəndin koronavirusun Böyük Britaniyada aşkarlanan ştammına qarşı effektivliyi 86,3 faiz təşkil edib.

 

Sınaqların aralıq mərhələsi CAR-da keçirilib. Bu sınaqlarda təxminən 3 min nəfər iştirak edib, peyvəndin "CAR" ştammına qarşı effektivliyi 55,4 faiz olub.

 

Vurğulanıb ki, hər iki ölkədə peyvənd 100 faiz effektivliklə xəstəliyin ağır forması və ölüm hallarının qarşısını alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər