İndoneziya koronavirusa qarşı öz peyvəndini yaradır - Gələn ilin ortalarında...
13.08.2020 09:11

İndoneziya Prezidenti Coko Vidodo koronavirusa qarşı peyvəndin ölkəsində gələn ilin ortalarında əldə olunacağına ümid edir.

 

Aztibb.az “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə o, çinli həkimlərlə birlikdə hazırlanmış dərmanın kliniki sınaqlarının başlanması mərasimində bəyan edib.

 

“Biz artıq üç aydır ki, bu peyvənd üzərində işləyirik. Mən ümid edirəm ki, dərman tezliklə, yəqin ki, 2021-ci ilin ortalarına hazır olacaq”, - deyə İndoneziya Prezidenti bildirib.

 

Qeyd edilir ki, təqribən 20 könüllü artıq ilk inyeksiyaları alıb. Sınaqların bu mərhələsində təqribən 1600 könüllü iştirak edəcək. Proqnozlara görə, kliniki sınaqların gələn ilin yanvarında başa çatacağı gözlənilir.

 

İndoneziyada peyvəndin hazırlanması ilə “Bio Farma” dövlət farmasevtik holdinqi və Çinin “Sinovac Biotech” şirkəti məşğuldur. Ölkədə il ərzində bu dərmandan təqribən 250 milyon doza istehsal olunacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, İndoneziyada koronavirusa yoluxanların ümumi sayı 130 min 718 nəfərə çatıb. Bu xəstəlikdən 85 min 798 nəfərin sağaldığı, 5903 nəfərin isə həyatını itirdiyi bildirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib