Koronavirusun “Britaniya” ştammı 111 ölkədə aşkar edilib  
11.03.2021 11:35

İlkin olaraq Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı, bir həftə ərzində daha beş ölkədə aşkar edilib və belə ölkələrin ümumi sayı 111-ə çatıb. Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammının yayılma coğrafiyası 58 dövlətə qədər genişlənib, ilk olaraq Braziliya və Yaponiyada aşkarlanmış P. 1 ştammı isə hazırda 32 ölkədə dövr edir. 

 

Aztibb.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

 

Qeyd edilir ki, VOC 202012/01 ştammı martın 9-na olan vəziyyətinə görə daha beş ölkədə aşkar edilib və ümumilikdə ÜST-ün bütün altı regionunda 111 dövlət bu növ koronavirusun yaratdığı xəstəlik halları barədə məlumat verib. Araşdırmalara görə, koronavirusun bu növünün insanları yoluxdura bilməsi əvvəllər məlum olan SARS-CoV-2 koronavirus ştammından 36-75 faiz daha yüksəkdir. Mütəxəssislər xəstəxanaya yerləşdirilmə, həmçinin xəstəliyin və ölüm nəticəsinin daha ağır gedişinin mümkün yüksək riskinə işarə edirlər.

 

Koronavirusun 501Y.V2 növünə gəldikdə, o, martın 2-dən bəri üç ölkədə əlavə olaraq aşkar edilib, onların ümumi sayı hazırda 58-ə çatıb. ÜST-də olan məlumata görə, bu ştamm, ilkin SARS-CoV-2 ştammından 1,5 dəfə daha yoluxucudur. Öz növbəsində P.1 ştammı 32 ölkədə dövr edir və bir həftə ərzində belə ölkələrin sayı 35-ə çatıb. Yanvar ayında ÜST koronavirusun yeni variantlarının ortaya çıxmasının gözlənilən olduğunu bildirib, çünki daim mutasiya etmək viruslara xas olan xüsusiyyətdir. ÜST-nin Fövqəladə Hallar Komitəsi yanvarın 14-də keçirilən iclasında ölkələri koronavirus xəstəliyinə səbəb olan mutasiya törədicilərinin genom ardıcıllığı ilə bağlı elmi araşdırmaları genişləndirməyə, həmçinin mövcud məlumatları digər dövlətlərlə bölüşməyə çağırıb.

 

ÜST-ün məlumatına görə, koronavirusun VOC-202012/01 növü ötən ilin sentyabr ayında Böyük Britaniyada ortaya çıxıb. Cənubi Afrika Respublikasında 501y. V2 ştammı avqust ayının əvvəlindən mövcuddur, Braziliya və Yaponiyada isə P. 1 ştammı dekabr ayından dövr edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər