Bir sıra ölkələrdə COVID-19-la bağlı SON VƏZİYYƏT
11.03.2021 09:57

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 22 409 nəfərin yoluxduğu təsdiqlənib.

 

Ötən gün ərzində İtaliyada 332 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 100 811 nəfərə çatıb. Ölkədə hazırda 487 074 aktiv koronavirus xəstəsi var, onlardan 2827-si ağır vəziyyətdədir.

 

Bütün pandemiya dövrü ərzində yoluxmuş 3 123 368 nəfərdən 2 535 483 (son sutkada 13 752 nəfər) sağalıb.

 

Fransada son sutkada 368 ölüm faktı qeydə alınmaqla, koronavirus qurbanlarının ümumi sayı 89 301-ə çatıb. Gündəlik yoluxma 23 mindən çox olub. Xəstəxanalarda 25 201 koronavirus xəstəsi müalicə alır. Pandemiya başlayandan 267 539 koronavirus xəstəsi sağalıb.

 

Ölkədə yoluxmaların 65 faizinin Britaniya ştammı olduğu bildirilir.

 

Braziliyada ötən gün ərzində daha 79 876 nəfərin koronavirus infeksiyasına yoluxması, 2286 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 11 202 305 nəfər yoluxub. Bu müddət ərzində 270 656 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Böyük Britaniyada son sutkada 5926 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 234 924 nəfərə çatıb.

 

Son 24 saat ərzində 190 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 124 987 nəfərə çatıb.

 

Həmçinin bu günədək 9 913 739 xəstə müalicə olunaraq sağalıb.

 

Türkiyədə ötən gün COVID-19-dan 67 nəfər vəfat edib.

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 14 556 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Qeyd edək ki, Türkiyədə indiyədək 2 821 943 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 649 862 nəfər sağalıb, 29 227 nəfər isə həyatını itirib.

 

Rusiyada son bir gündə daha 9 270 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Ölkədə koronavirusa yoluxanların sayı 4 360 823 nəfərə çatıb.  Virusdan ölənlərin sayı isə daha 459 nəfər artaraq 90 734-ə yüksəlib.

 

Gürcüstanda ötən sutkada daha 395 nəfərə koronavirus diaqnozu qoyulub, 9 pasiyent vəfat edib.

 

Beləliklə, qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 274 045-ə, ölənlərin sayı isə 3 622-yə yüksəlib.

 

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 310 nəfər artaraq 267 421 olub.

 

Ermənistanda son sutkada daha 748 nəfər COVID-19-a yoluxub.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 176 286-ya çatıb. Ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 239-a yüksəlib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər